Van İ: “ABŞ-ın siyasəti Şərqi Asiyanın maraqlarına uyğun deyil”

 Van İ: “ABŞ-ın siyasəti Şərqi Asiyanın maraqlarına uyğun deyil”
  07 May 2022    Oxunub:1211
“Amerika Birləşmiş Ştatlar öz siyasətində Şərqi Asiya ölkələrinin ehtiyaclarını nəzərə almır, ona görə də region ölkələri, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan ölkələr müstəqil hərəkət etməlidirlər”.
AzVision.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib.

“ABŞ-ın Hind-Sakit Okeanı regionunda strategiyası müasir dövrün tendensiyalarına ziddir və Şərqi Asiya ölkələrinin ümumi və uzunmüddətli maraqlarına xidmət etmir”, - nazir bildirib. O qeyd edib ki, ASEAN regionda sabitliyə nail olmaq üçün yerli əməkdaşlıqda mərkəzi rol oynamalıdır.

AzVision.az



Teqlər: Çin   ABŞ  



Xəbər lenti