Kubada otelin partlaması nəticəsində ölənlərin sayı artıb

Kubada otelin partlaması nəticəsində ölənlərin sayı artıb
  07 May 2022    Oxunub:1242
Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
AzVision.az xəbər verir ki, bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 32-yə çatıb. Partlayış nəticəsində müxtəlif xəsarətlər alanların 45-i xəstəxanada müalicə alır.

Hələ də 19 nəfərin axtarışları aparılır.

“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.

AzVision.az



Teqlər: Kuba   Otel   Partlayış  



Xəbər lenti