Ukraynada məktəb bombalandı: 60 nəfər ölüb

   Ukraynada məktəb bombalandı:    60 nəfər ölüb
  08 May 2022    Oxunub:769
Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirdiyi aviazərbə nəticəsində 60 nəfər ölüb.

AzVision.az -ın Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday "Telegram" paylaşımında bildirib.
Aviazərbədən əvvəl məktəbin zirzəmisində 90 nəfər olub. Xilasedicilər dağıntılar altından 7-i yaralı olmaqla, 30 nəfəri evakuasiya ediblər.

Sergey Qayday qeyd edib ki, böyük ehtimalla, dağıntılar altında qalan 60 nəfər ölüb.

AzVision.az


Teqlər:



Xəbər lenti