"Onların gücü dünyanı ruhlandırır" - Cill Bayden Ukraynalılar haqqında yazdı

   "Onların gücü dünyanı ruhlandırır" -    Cill Bayden Ukraynalılar haqqında yazdı
  08 May 2022    Oxunub:1543
Xəbər verdiyimiz kimi ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden bu gün Ukraynaya səfər edib. O, Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə birlikdə Ujqorodda məcburi köçkünlərin məskunlaşdırdıqları məktəbə baş çəkib.
Cill Bayden Ujqorod səfərindən sonra bildirib ki, Analar Gününü ukraynalı analar və onların uşaqları ilə birlikdə keçirmək istəyib.

O, bu barədə tvitterdə yazıb. Cill Bayden qeyd edib ki, son bir neçə ayda həddən artıq çox ukraynalı evlərini, yaxınlarını tərk etməli olub.

"Ümid edirəm ki, burada olmaqla onların gücü və möhkəmliyinin dünyanı nə qədər ruhlandırdığını çatdıra bilərəm və onlara tək olmadıqlarını xatırlada bilərəm.

Mən bir ana olaraq, Rusiyanın səbəbsiz hücumuna görə onların hər gün necə kədər və narahatlıq keçirdiklərini təsəvvür edə bilirəm.

Slovakiya və Rumıniya xalqının evlərini, məktəblərini, xəstəxanalarını və ürəklərini necə açdığını öz gözlərimlə gördüm”, - C. Bayden yazıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti