Yunanıstan Ukraynaya BMP-1 göndərə bilər

   Yunanıstan Ukraynaya BMP-1 göndərə bilər
  09 May 2022    Oxunub:1048
Əgər Yunanıstan yeni zirehli texnikalar alsa, keçmiş Almaniya Demokratik Respublikasından qalan BMP-1-ləri Ukraynaya təhvil verə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Afina BMP-1-i dərhal oxşar müasir piyada döyüş maşınları ilə əvəz etsə, köhnələri Ukraynaya göndərəcək.

Xatırladaq ki, Almaniya 1994-cü ildə Yunanıstana 500-ə yaxın BMP-1 verib. Lakin bu silahlar modernləşdirilərək NATO standartlarına uyğunlaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: BMP  



Xəbər lenti