Ukraynada 226 uşaq həlak olub

 Ukraynada 226 uşaq həlak olub
  09 May 2022    Oxunub:865
Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə indiyədək 226 ukraynalı uşaq həlak olub, 641-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, müharibə nəticəsində uşaqların 415-dən çoxu isə yaralanıb.

Eyni zamanda Rusiya silahlı qüvvələrinin Ukraynanın şəhər və kəndlərini hər gün bombalaması və atəşə tutması nəticəsində 1635 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 126-sı tamamilə məhv edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti