20-dən çox Rusiya hərbçisi əsir düşdü - VİDEO
"Ukrayna silahlı qüvvələri onları mühasirəyə alıb və əsgərlərin başqa cür hərəkət etmələrinə imkan verməyib. Fevralın 24-ü axşam saatlarında Çirkunı kəndi döyüşsüz ruslar tərəfindən tutulmuşdu. Ukraynalı müdafiəçilər əks hücuma keçərək Xarkov vilayətinin yaşayış məntəqələrini təmizləməyə başladıqdan sonra işğalçılar keçmiş hava hücumundan müdafiə bölməsinin bunkerində məskunlaşıblar. Beləcə onlar 92-ci briqadanın əsgərləri tərəfindən mühasirəyə alınıblar. Nəticədə hərbçilərimiz 21 rus əsgərini əsir götürüb", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


