Putin yürüşə atasının fotosu ilə qatıldı - VİDEO

   Putin yürüşə atasının fotosu ilə qatıldı -   VİDEO
  09 May 2022    Oxunub:2648
Rusiya prezidenti Vladimir Putin Moskvanın Qırmızı Meydandakı “Ölümsüz alay” yürüşünə qatılıb. Ənənəyə görə o, cəbhədə döyüşmüş atasının portreti ilə addımlayıb.
Prezident onunla bərabər yürüşdə iştirak edənlərlə də söhbət edib və aksiya iştirakçılarını salamlayıb.

Xatırladaq ki, Putin son illər koronavirusun yayılması ilə əlaqədar olaraq kütləvi tədbirdə iştirak etmir.

Qeyd edək ki, "Ölməz alay” Böyük Vətən Müharibəsi iştirakçılarının və qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Rusiyada və bir sıra keçmiş sovet ölkəsində keçirilən ümummilli aksiya sayılır. İlk dəfə 2012-ci il mayın 9-da yerli jurnalistlərin təşəbbüsü ilə Tomskda keçirilib, 2013-cü ildə isə ümummilli xarakter alıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  



Xəbər lenti