Borreldən təklif: Ukrayna rusların pulu ilə bərpa edilsin

      Borreldən təklif:    Ukrayna rusların pulu ilə bərpa edilsin
  09 May 2022    Oxunub:944
Avropa İttifaqı ölkələri Rusiyanın müsadirə edilən və dondurulan vəsaitlərini Ukraynanın bərpasına yönləndirmək üzərində düşünməlidir.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ əvvəllər Əfqanıstan mərkəzi bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirib, qismən terror qurbanlarına potensial təzminat, eləcə də ölkəyə humanitar yardım göstərdi. Rusiyanın ehtiyatları ilə oxşar addımları nəzərdən keçirmək olar: “Mən lehinə səs verərdim, çünki bu, çox məntiqlidir”, - Borrel “Financial Times” nəşrinə deyib.

AzVision.az


Teqlər: Avropa   Rusiya  



Xəbər lenti