Stoltenberq Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb

   Stoltenberq Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa çağırıb
  09 May 2022    Oxunub:689
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə əlavə yardım göstərməyə hazır olduğunu təkrarlayıb və Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa, qoşunları çıxarmağa və sülh danışıqlarına başlamağa çağırıb.
AzVision.az xəbər verir ki, o, bu barədə Almaniyanın Die Welt qəzetinə bildirib.

“Mən bir daha Rusiya prezidenti Vladimir Putini mayın 9-da müharibəni dərhal dayandırmağa, qoşunlarını Ukraynadan çıxarmağa və sülh danışıqlarına başlamağa çağırıram. Biz qətiyyətlə Ukraynanın tərəfindəyik və ölkəyə özünümüdafiə hüququnu müdafiə etməkdə kömək etməyə davam edəcəyik”, - Stoltenberq bildirib.

AzVision.az


Teqlər: NATO   Rusiya  



Xəbər lenti