“Tesla” Şanxayda istehsalın bərpa olunacağını gözləyir
“Tesla” martın 28-də Şanxaydakı müəssisəsindəki fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Aprelin 19-da hasilat bərpa olunub, lakin onun həcmi hələ şəhərdə koronavirusun yayılmasından əvvəlki səviyyəyə çatmayıb və normanın cəmi üçdə birini təşkil edir. Aprel ayında cəmi 10 min elektrik avtomobili istehsal edilib.
“Bizim hələ də tamamlanmamış və təhvil verilməmiş sifarişlərimiz var, ona görə də indi əsas prioritet istehsal gücünü artırmaqdır”- deyə, zavod rəsmisi bildirib. Mütəxəssislərin hesablamalarına görə, müştərilər “Tesla” elektrik avtomobilləri üçün indi sifariş versələr, gözləmə müddəti təxminən altı ay olacaq.
AzVision.az
Teqlər: Tesla







Vaxtında, Aydın, Lazımlı!


