Makrondan Rusiya və Ukrayna ilə bağlı yeni təklif

Makrondan Rusiya və Ukrayna ilə bağlı yeni təklif
  09 May 2022    Oxunub:1112
Fransa prezidenti Emmanuel Makron Ukrayna müharibəsi ilə bağlı yeni açıqlama verib. AzVision.az xəbər verir ki, o Ukrayna münaqişəsi başa çatdıqdan sonra həm Rusiya, həm də Ukraynanın iştirakı ilə masa ətrafında danışıqların aparılmasını vacib sayıb.
- Bizim məsuliyyətimiz atəşkəsə nail olmaq və münaqişənin Avropanın digər hissələrinə sıçramasının qarşısını almaqdır. Sabah biz sülh qurmalıyıq və sizə xatırlatmaq istəyirəm ki, biz bunu hər iki ölkənin, Ukrayna və Rusiyanın iştirakı ilə danışıqlar masası arxasında etməliyik, - Makron Strasburqda Avropanın gələcəyinə dair konfransdan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqların şərtlərini Ukrayna və Rusiya müəyyən edəcək, bu, “tərəflərdən heç birini inkar etmədən və ya aşağılamadan” baş tutmalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti