İzyumda dağıntılar altından 44 cəsəd tapılıb

   İzyumda dağıntılar altından    44 cəsəd tapılıb
  10 May 2022    Oxunub:856
Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində evlərdən birinin dağıntıları altından 44 mülki şəxsin meyiti tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov məlumat yayıb.
"Müvəqqəti olaraq işğal olunmuş İzyumda martın ilk ongünlüyündə rusların dağıtdıqları beşmərtəbəli binanın dağıntıları altında 44 dinc sakinin meyiti aşkarlandı. Bu, rus işğalçılarının mülki əhaliyə qarşı növbəti dəhşətli hərbi cinayətidir! Biz hər kəsi qeydiyyatdan keçiririk və onlar hər birinin cavabını verəcəklər", - Sinequbov deyib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukrayna ərazisinə daxil olub. Onlar əvvəlcə hərbi obyektləri bombalasalar da, sonradan mülki əhali atəşə tutuldu.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti