İrəvanda 100-dən çox etirazçı saxlanılıb

   İrəvanda  100-dən çox  etirazçı saxlanılıb
  10 May 2022    Oxunub:1075
Bu gün Ermənistanda keçirilən etiraz aksiyaları zamanı xeyli sayda müxalifətçi fəal saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Müqavimət" hərəkatının rəhbərlərindən olan İşxan Saqatelyan bugünkü aksiyadan foto paylaşaraq xüsusi qeydlər aparıb. O yazıb ki, hazırda İrəvanda 4 nöqtəsindən başlayaraq müqavimət yürüşləri davam edir. Dinc itaətsizlik aksiyaları keçirən etirazçılar Fransa meydanına doğru irəliləyirlər. Aksiyaları zamanı 100-dən çox etirazçı polis zorakılığına məruz qalaraq saxlanılıb. Saxlanılan bu vətəndaşlarımızın işini daim yürüşlərə qoşulan "ləyaqətli" vətəndaşlarımız davam etdirirlər. Dünən bəyan etdik ki, Nikol Paşinyan istefa verməyənə qədər ölkə əvvəlki kimi dinc qalmayacaq", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aksiya   İrəvan  



Xəbər lenti