"Baydenin Ukrayna səfəri təhlükəli idi" - Berrier

   "Baydenin Ukrayna səfəri təhlükəli idi" -    Berrier
  10 May 2022    Oxunub:1087
ABŞ hərbi kəşfiyyatının direktoru Scot Berrier ölkənin birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin tam təhlükəsiz olmadığını deyib.
Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələri zamanı konqresmenlər Berrierdən soruşublar ki, o, Ukraynada kiminsə hazırda “ciddi təhlükə” altında olduğuna inanırmı?

- Bəli, əlbəttə belədir, - Berrier cavab verib. Daha sonra ondan ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin “tamamilə təhlükəsiz” olması barədə düşünüb-düşünmədiyini soruşublar.

O, "Xeyr, mən belə deməzdim" deyərək hamınə şoka salıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   ABŞ  



Xəbər lenti