Stoltenberq koronavirusa yoluxub

Stoltenberq koronavirusa yoluxub
  10 May 2022    Oxunub:1030
NATO-nun Baş katibi Yens Stoltenberq koronavirusa yoluxub. AzVision.az xəbər verir ki, bu haqda NATO-nun sözçüsü Oana Lunqesku məlumat yayıb.
O bildirib ki, Baş katib xəstəliyi yüngül keçirir. Qeyd olunub ki, Stoltenberq NATO-nun qərargahının yerləşdiyi Belçikada qaydalara uyğun olaraq işini evdən davam etdirəcək.

Yens Stoltenberqin mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısına sədrlik etməsi planlaşdırılırdı. Onun Berlinə gedib-getməyəcəyi açıqlanmayıb.

AzVision.az



Teqlər: NATO  



Xəbər lenti