Rusiya Rövşən Əsgərovu axtarışa verib

    Rusiya Rövşən Əsgərovu axtarışa verib
  11 May 2022    Oxunub:1599
Rusiya Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərovu axtarışa verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in məlumat bazasında yerləşdirilib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (“Nasizmin reabilitasiyası”) ilə cinayət işi açıb. Qeyd olunur ki, Əsgərov bundan əvvəl sosial şəbəkələrdə öz səhifəsində rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini ləkələyən qəsdən yalan məlumatlar dərc edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti