"Ukraynada müharibə dalana dirənir" - ABŞ kəşfiyyatı

   "Ukraynada müharibə dalana dirənir" -    ABŞ kəşfiyyatı
  11 May 2022    Oxunub:1116
Amerika kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib. AzVision.az xəbər verir ki, bu barədə "Sky News" ABŞ Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri Skot Beryerin sözlərinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hələlik silahlı münaqişə tərəflərindən heç birinin döyüş meydanında yekun üstünlüyü yoxdur.

- Ruslar qalib gəlmir, amma ukraynalılar da qalib deyillər və biz burada bir qədər çıxılmaz vəziyyətə düşmüşük, - general-leytenant Senatın Silahlı Qüvvələr Komitəsi ilə görüşündə deyib.

Eyni zamanda Beryer qeyd edib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu ən azı 10 rus generalını məhv edib. Ancaq onların sayı daha çox ola bilər. Bu rəqəmin 12-yə çatması da mümkündür. Eyni zamanda o, işğalçıların heç bir sahədə ciddi uğur əldə etmədiyini bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti