İspaniyada yeniyetmə qızların abortuna icazə verilə bilər

İspaniyada yeniyetmə qızların abortuna icazə verilə bilər
  11 May 2022    Oxunub:787
İspaniya hökuməti 16 və 17 yaşlı, yetkinlik yaşına çatmayan qızlara valideynlərinin razılığını almadan hamiləliklərini dayandırmağa icazə vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Bu dəyişikliklər krallığın Nazirlər Şurasının (hökumətinin) mayın 17-də keçiriləcək iclasında baxılacağı gözlənilən yeni qanun layihəsində öz əksini tapıb. Bundan əlavə, hakimiyyət orqanları abort hüququnun ictimai səhiyyə sistemində təmin olunmasını istəyir.

Təşəbbüs həm də qadının hamiləliyi könüllü olaraq dayandırmaq imkanına malik olduğu bir dövrü nəzərdə tutur. Bundan başqa, layihədə qadınların sağlamlığı ilə bağlı digər tədbirlər də öz əksini tapıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İspaniya  



Xəbər lenti