"Putin Kravçukun ölümü ilə bağlı başsağlığı verməyi planlaşdırmır"

"Putin Kravçukun ölümü ilə bağlı başsağlığı verməyi planlaşdırmır"
  11 May 2022    Oxunub:1066
Rusiya prezidenti Vladimir Putin Ukraynanın birinci prezidenti Leonid Kravçukun vəfatı ilə bağlı hər hansı başsağlığı göndərməyi planlaşdırmır. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
- Xeyr, bu planlaşdırılmayıb. Axı, bu, Ukraynanın ilk prezidentidir. Biz bilirik ki, Sovet İttifaqının mövcudluğunun son mərhələsində onun öz siyasi rolu olub. Bunu yaxşı xatırlayırıq. Lakin onun Ukraynanın formalaşmasında verdiyi töhfə ruslara deyil, ukraynalıların özləri tərəfindən qiymətləndirilməlidir, - Peskov jurnalistlərin Putinin Kravçukun ölümü ilə bağlı Ukrayna xalqına başsağlığı verib-verməyəcəyi sualını cavablandırarkən deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  



Xəbər lenti