Finlandiya “Faberlic”in vəsaitlərini müsadirə etdi

   Finlandiya    “Faberlic”in vəsaitlərini müsadirə etdi
  11 May 2022    Oxunub:1138
Finlandiya hakimiyyəti Rusiyanın “Faberlic” şirkətinin vəsaitlərini və “Moskovski Komsomolets”in baş redaktoru Pavel Qusevin əmlakını Avropa İttifaqı sanksiyaları ilə bağlı müsadirə edib.

AzVision.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, məhkəmə icraçısı mayın 4-də Faberlic-in hesablaşmalarına qadağa qoyub və şirkətin Finlandiya bankında olan vəsaitlərinə həbs qoyub. Praktikada bu o deməkdir ki, Rusiya şirkəti pullarını gözləyən dörd Fin təşkilatına hesabları ödəyə bilməz. Hökumət orqanları bu ödənişləri dayandırıb.

Qusevin isə içərisində əmlakı olan 19 hektar, iki bitişik torpaq sahəsi də müsadirə edilib. Bu hadisə Finlandiya tarixində ilkdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Finlandiya  



Xəbər lenti