Çində təyyarə yanıb, 40 nəfər yaralanıb

    Çində təyyarə yanıb, 40 nəfər yaralanıb
  12 May 2022    Oxunub:1247
“Tibet Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Çzyanbey” beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb. AzVision.az -ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Hadisə nəticəsində bütün sərnişinlər dərhal təxliyə edilib. Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu dəqiqləşdirilib. Hadisə zamanı 40 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb. Ölənlər barədə məlumat verilmir. Qəzanın səbəbi hələ müəyyən edilməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti