Daşnak funksionerini baraban çalan hakim həbs edib

 Daşnak funksionerini  baraban çalan hakim həbs edib
  12 May 2022    Oxunub:1405
"Daşnaksütyun" partiyasının əsas fəallarından biri sayılan Gerasim Vardanyan həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə vəkil Benik Qalstyan məlumat yayıb.
O qeyd edib ki, məhkəmə daşnakların radikal funksionerinə 1 aylıq həbs qəti imkan tədbiri seçilməsi barədə qərar verib.

"Daşnak işi" böyüyür: Qocaları döyən daha bir erməni saxlanıldı
- Hakim David Arqamanyan müstəntiq Suren Navoyanın vəsatətini qismən təmin etmək qərarına gəlib. Vardanyan bir ay müddətinə həbs edilib. Amma bu, Gerasimin qətiyyətinə və mübarizəyə hazır olmasına təsir etməyəcək, - vəkil deyib.

Yerli media yazır ki, həbs qərarını verən hakim 2018-ci ildə Paşinyan ınqilab edərkən mitinqlərdə onun üçün baraban çalırmış.

“Şərəfim var” fraksiyasını üzvü deputat Taqui Tovmasyan məhkəmə işi ilə bağlı deyib ki, “Demokratiyanı bir nömrəli brend elan edən hökumətin siyasi təqibləri davam edir". Onun sözlərinə görə məhkəmənin deputat Tadjos Avetisyanın köməkçisi olan daşnak Gerasim Vardanyan haqqında qərar çıxarması anormal addımdır.

- Bu, klassik siyasi təqibin nümunəsidir. Çünki həbs 2020-ci ildə baş vermiş və xeyli məhkəmənin bir neçə dəfə Gerasim Vardanyanı həbs etməkdən imtina etdiyi bir işə əsaslanır. Bu gün o, hakim David Arqamanyan tərəfindən həbs edildi. Hansı ki, Arqamanyan 2018 inqilabı zamanı nağaraçı idi Nikol Paşinyan üçün nağara çalırdı...

Qeyd edək ki, Vardanyan 2020-ci il noyabrın 9-da minlərlə insanın hökumət və parlament binasına soxularaq kapitulyasiya aktına etiraz etdiyi hadisələr zamanı kütləvi iğtişaşların təşkilində ittiham olunmuşdu. Radikal daşnak həm də jurnalistin işinə mane olmaqda ittiham olunur. O, məlum hdisələrdən sonra saxlanılsa da, tezliklə azadlığa buraxılmışdı. İrəvan məhkəməsi bir müddət öncə təhlükəli daşnakı 60 milyon dram (120 min dollardan çox-red.) girov müqabilində azadlığa buraxmaq qərarına gəlib. Vardanyan bu məbləği ödəyə bilmədiyi üçün yenidən həbs edildi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Daşnak   Hakim  



Xəbər lenti