Son iki ildə Aİ ölkələrinə 3 trilyon avroluq yardım edilib

   Son iki ildə Aİ ölkələrinə 3 trilyon avroluq yardım edilib
  12 May 2022    Oxunub:687
Avropada koronavirus pandemiyasının başladığı 2020-ci ilin mart ayının əvvəlindən Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv dövlətlərinə 3 trilyon avrodan çox yardımı təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin Brüsseldə yayılan bəyanatında deyilir. “Bu günə qədər Avropa Komissiyası koronavirus pandemiyası kontekstində 1300-dən çox qərar qəbul edib və təxmin edilən 3 trilyon avrodan çox təsdiq edilmiş dövlət yardımı üçün təxminən 950 milli tədbiri təsdiqləyib. Bu günə qədər təsdiqlənmiş bütün yardımlar zəruri və mütənasib olub”, bəyanatda deyilir.

Üzv dövlətlərin təqdim etdiyi məlumatlara görə, 2020-ci ilin mart ayının ortalarından 2021-ci ilin iyun ayının sonuna qədər həmin dövrdə təsdiqlənmiş 3 trilyon avrodan çox yardımdan təxminən 730 milyard avrosu xərclənib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:   Yardım  



Xəbər lenti