Şarl Mişel: “Finlandiyanın NATO-ya daxil olması tarixi addım olacaq”

      Şarl Mişel:    “Finlandiyanın NATO-ya daxil olması tarixi addım olacaq”
  12 May 2022    Oxunub:1129
“Finlandiyanın NATO-ya mümkün qəbulu Avropanın təhlükəsizliyinə töhfə verəcək tarixi addım olacaq”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib. “Finlandiya Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin Finlandiyanın NATO-ya üzv olmasına yol açır. Bu, Avropanın təhlükəsizliyinə böyük töhfə verəcək tarixi addım olacaq”, - o, Twitter-də yazıb. Onun sözlərinə görə, NATO və Avropa İttifaqının birliyi və həmrəyliyi heç vaxt bu qədər yaxın olmamışdı.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Finlandiya  



Xəbər lenti