Finlandiya və İsveç NATO-nun sammitinə dəvət ala bilər

   Finlandiya və İsveç NATO-nun sammitinə dəvət ala bilər
  12 May 2022    Oxunub:982
NATO-nun baş katibi Madriddə keçiriləcək sammitə Finlandiya və İsveçi alyansa qoşulmaq üçün dəvət edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbə məlumat verib.
Finlandiya, eləcə də İsveç NATO-ya üzvlük üçün Fəaliyyət Planının əldə edilməsi və həyata keçirilməsi üçün çoxillik proseduru tamamilə ataraq, sürətləndirilmiş prosedur çərçivəsində NATO-ya üzv ola bilər. Belə ki, alyansın bu tərəfdaş ölkələri qəbul etməkdə maraqlıdır. Çünki, onların ordularının NATO hərbi strukturlarına inteqrasiyaya yüksək səviyyədə hazır olması səbəbindən alyansa qəbulla bağlı danışıqlar prosesi son dərəcə sürətləndiriləcək.

“Finlandiya və İsveçin NATO-ya üzv olmağa yüksək hazırlığını və alyansın standartlarına ciddi riayət etməsini nəzərə alaraq, baş katib Yens Stoltneberq artıq iyunun sonMadriddə keçiriləcək sammitdə bu ölkələrə alyansa qoşulmaq üçün rəsmi dəvət göndərə bilər”, - diplomat bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO  



Xəbər lenti