Parisdə Türkiyə konsulluğuna bomba atıldı, xəsarət alan yoxdur

   Parisdə Türkiyə konsulluğuna bomba atıldı,    xəsarət alan yoxdur
  12 May 2022    Oxunub:687
Fransanın paytaxtı Parisdə Türkiyənin Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən əldəqayırma bomba atılıb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı baş konsulluq binasının divarları və pəncərələri zədələnsə də, xəsarət alan olmayıb.

Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tutmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb. Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti