Macarıstan Patriarx Kirillə qarşı sanksiyaları dəstəkləmədi

   Macarıstan Patriarx Kirillə qarşı sanksiyaları dəstəkləmədi
  13 May 2022    Oxunub:967
Macarıstanın baş naziri Viktor Orban Budapeştə səfər edən Suriya Patriarxı II İqnatius Efraim ilə görüşdə Ukrayna hadisələri ilə əlaqədar Avropa Birliyinin Rus Pravoslav Kilsəsinin iyerarxlarına qarşı sanksiyalar tətbiq etməsinə icazə verməyəcəyini təsdiqləyib. AzVision.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin rəsmi nümayəndəsi Bertalan Havaşi məlumat verib.
“Viktor Orban bir daha qeyd edib ki, Macarıstan din xadimlərinin sanksiya siyahısına daxil edilməsini dəstəkləməyəcək, çünki bu, macar icmalarının müqəddəs və toxunulmaz olan dini azadlıqlarına təsir edəcək”-deyə, Bertalan bildirib. O, həmçinin qeyd edib ki, II İqnatius Efrayim bu yaxınlarda Orbandan Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Aİ-nin sanksiyalar siyahısına daxil edilməsinin qarşısını almağı xahiş edib.

Bundan qısa müddət sonra Orban mayın 6-da Kossuth radiostansiyasında yayımlanan proqramda Macarıstanın kilsə rəhbərlərinin sanksiyalar siyahısına daxil edilməsinə icazə verməyəcəyini söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Macarıstan  



Xəbər lenti