Rusiyalı turistlərin Bakıya marağı kəskin artıb

   Rusiyalı turistlərin Bakıya marağı kəskin artıb
  13 May 2022    Oxunub:619
Rusiyadan xaricə səyahət edən sərnişinlərin arasında ən populyar şəhərlər bəlli olub. AzVision.az “Tutu.ru” səyahət xidmətinə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvadan İstanbul, Bakı, Daşkənd və Oş şəhərlərinə uçuşlar daha çox maraq doğurur.
Bu istiqamətlər birlikdə axtarış sorğularının təxminən 17 faizini təşkil edir. Belə ki, xaricə uçanların təxminən üç faizindən bir qədər çoxu İstanbul və Bakıya gedir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Bakı   Turist  



Xəbər lenti