Ermənistanda polis müəmmaları
Yuxarıda qeyd olunanlarla əlaqədar nəzərinizə çatdırırıq ki, polis əməkdaşları Xaçik Tovmasyan və Narek Arutyunyan işdən azad olunmaları ilə bağlı heç bir ərizə yazmayıblar. Onlar polis işçiləridirlər və Benik Arzumanyan adlı şəxs isə mayın 12-də verdiyi sənəd əsasında polisdən uzaqlaşdırılıb. Sənəd aprelin 7-də təqdim edilib. Xüsusi vurğulamağı zəruri hesab edirik ki, aprelin 7-də respublikada heç bir siyasi aksiya olmayıb.
Polis apolitik qurumdur və əsas məqsədləri ictimai təhlükəsizliyi təmin etmək, cinayətlə mübarizə aparmaqdır. Biz polisi siyasi proseslərə cəlb etməkdən çəkinməyə çağırırıq”, - məlumatda deyilir.
Qeyd edək ki, müxalif siyasətçilər və bəzi mətbu orqanları son günlər aksiyalarla əlaqədar xeyli sayda polisin ərizə yazaraq işdən çıxdığını yazırdılar.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Polis







Vaxtında, Aydın, Lazımlı!


