İrəvanda müxalifətçilər hökumət binasının qarşısını zəbt ediblər - CANLI

   İrəvanda müxalifətçilər hökumət binasının qarşısını zəbt ediblər -   CANLI
  17 May 2022    Oxunub:1811
Bir neçə saat öncə İrəvanın mərkəzində başlamış etiraz aksiyası genişlənib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Paşinyanın bağ evində "Nikol satqındır" şüarları - VİDEO
Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifətin təçkil etdiyi yürüşə qatılanlar İrəvanda hökumət binası qarşısındakı Respublika meydanını zəbt ediblər.

"Müxalifətçilər meydanın demək olar ki, bütün ərazisinə səpələniblər. Onlar əllərində smartfonları tutaraq onun işıqları vasitəsilər meydanda sözün həqiqi mənasında şou göstəriblər. Etirazçılar gecə saatları olmasına baxmayaraq hökumət binası qarşısından çəkilməyib, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Lakin sonra yürüş iştirakçıları meydanı tərk ediblər. Bundan əvvəl isə etirazçılar Paşinyanın iqamətgahı yaxınlığında aksiya keçiriblər", - məqalədə yazılıb.

Hazırda mitinq davam edir



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq  



Xəbər lenti