Etirazçılar İrəvan metrosunun fəaliyyətini iflic etdi - VİDEO

   Etirazçılar İrəvan metrosunun fəaliyyətini iflic etdi -    VİDEO
  18 May 2022    Oxunub:950
Bu gün İrəvanda keçirilən etiraz aksiyaları zamanı müxalifətçilə metroya daxil olaraq nəqliyyatın hərəkətini iflic etməyə çalışıblar. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Polisə "heyvan" deyən "Daşnaksütyun" rəhbərinin qolunu qırdılar - VİDEO
Qeyd edilir ki, qatarların qapılarını bağlanmağa qoymayan etirazçılar yerdə oturublar.

"Stansiyaya gətirilən xeyli sayda "qırmızı beretlilər" onları saxlayaraq bölmələrə aparıb. Polis aksiya iştirakçılarına güc tətbiq edib. Öz nəvbəsində müxalifətçilər “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər", - məqalədə yazılıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq  



Xəbər lenti