Polisə "heyvan" deyən "Daşnaksütyun" rəhbərinin qolunu qırdılar - VİDEO

   Polisə "heyvan" deyən "Daşnaksütyun" rəhbərinin qolunu qırdılar -    VİDEO
  18 May 2022    Oxunub:1223
Bu gün İrəvanda keçirilən etiraz aksiyası zamanı 300-ə yaxın müxalifətçi saxlanılıb. Bölmələrə aparılan etirazçılar arasında tanınmış siyasətçilər də var.
Erməni polisi gəzintiyə çıxan vətəndaşları da saxlayır - VİDEO
"Daşnaksütyun" partiyası Ali Şurasının sədri Simon Simonyan Komitas prospektində polis zorakılığı ilə üzləşib. İddia olunur ki, guya o dinc aksiya keçirirmiş. Səki ilə gedərkən polis digər aksiya iştirakçıları kimi Simonyanı da maşına mindirməyə çalışıb. Nəticədə Simonyan "Qolumu sındırdın, heyvan" deyib. Hələlik Daşnaksütyun rəhbərinin qolunun doğrudan da xəsarət alıb-almaması barədə dəqiq məlumat yoxdur", - məqalədə yazılıb.



Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Polis   Daşnaksütyun  







Xəbər lenti