Erməni generalın oğlu həbs olundu

   Erməni generalın oğlu həbs olundu
  20 May 2022    Oxunub:1880
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub. AzVision.az xəbər verir ki, İqor Xaçaturovun baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiya zamanı polis əməkdaşına güc tətbiq etməkdə ittiham olunduğu bildirilir.
Müxalifət Ermənistan prezidentinin iqamətgahına doğru yürüş keçirir
“Əldə edilmiş sübutlar əsasında İqor Xaçaturova “hakimiyyət nümayəndəsinə münasibətdə güc işlətmək” maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə onun həbsi barədə iddianaməni təmin edib”, - istintaq komitəsinin saytında dərc olunmuş məlumatda belə deyilir.

Komitədən bildiriblər ki, insident mayın 17-də baş verib. Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.

AzVision.az


Teqlər:  



Xəbər lenti