Prokurorluq iddia qaldırdı: Ohanyanın 2,4 milyonluq mülkü əlindən alınır

  Prokurorluq iddia qaldırdı:    Ohanyanın 2,4 milyonluq mülkü əlindən alınır
  30 May 2022    Oxunub:1836
Ermənistan prokurorluğu keçmiş müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri, hərbi cani Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb. Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, məhkəmə qanunsuz əldə edilmiş əmlakın müsadirə edilməsi ilə bağlı iddianı icraata qəbul edib.
Ohanyandan sərsəm açıqlama: "Qələbəmizi geri qaytarmalıyıq"
O cümlədən, məhkəmə Seyran Ohanyandan və onunla əlaqəli olan 3 nəfərdən iki ictimai əhəmiyyətli torpaq sahəsinin, Vahaqni rayonunda malikanənin və bir avtomobilin müsadirə edilməsini tələb edib.
Qeyd edilir ki, onların bazar dəyəri 2,4 milyon dollardır.

Bundan əlavə, prokurorluq qanunsuz vəsaitlərin qalığı kimi təxminən 480 milyon dramın müsadirə edilməsini istəyir. Prokurorluq belə qənaətə gəlib ki, daha 600 milyon dram isə müsadirə edilə bilmir.

Xatırladaq ki, bir müddət öncə Ermənistan baş prokurorunun müavini Srbui Qalyan bəzi müxalifəti təmsil edən deputatların qanunsuz əldə edilmiş əmlaklarının müsadirə edilməsi ilə bağlı işə başlandığını bəyan etmişdi. Ohanyan isə keçmiş iqtidarın-"Qarabağ klanı"nın ən zəngin kadrlarından sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mülk   Prokurorluq  



Xəbər lenti