Ohanyandan sərsəm açıqlama: "Qələbəmizi geri qaytarmalıyıq"

      Ohanyandan sərsəm açıqlama:    "Qələbəmizi geri qaytarmalıyıq"
  09 May 2022    Oxunub:787
Ermənistanın keçmiş müdafiə naziri, hazırda “Hayastan” fraksiyasının rəhbəri olan gərbi cani Seyran Ohanyan yenə sərsəm açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, "Qarabağda 44 günlük müharibə ermənilərin keçmiş qələbələrini əlindən aldı, lakin hər şeyi geri qaytarmaq olar" deyib.
Qələbə parkında jurnalistlərin suallarını cavablandıran Ohanyan xatırladıb ki, 1992-ci ilin mayında Şuşanın işğal edilməsi guya Ermənistan ordusunun ən yüksək "hərbi sənətinin və döyüş ruhu"nun təzahürü olub.

- Təəssüf ki, qələbəmiz əlimizdən alındı. Bununla belə, demək lazımdır ki, 44 günlük müharibə zamanı çoxlu "qəhrəmanlıq" epizodları, komandirlərin hərbi "məharət" və "cəsarət" nümayişi olub. Keçmiş hadisələrdən dərs almaq lazımdır, - Ohanyan gileylənib.

Hərbi cani onu da qeyd edib ki, onun üçün ən aktual dərs 44 gün davam edən hərbi əməliyyatlar zamanı dövlət idarəçiliyi sisteminin hərbi müstəviyə keçirilə bilməməsi oldu. Yəni dövlət strukturları bütün mövcud potensialı səfərbər edə bilmədi.

- Biz hamımız, hər şeydən əvvəl hakimiyyət bundan dərs almalıdır. Əgər onlar özləri bunu istəmirlərsə, xalq onları məcbur etməlidir. Müqavimət hərəkatı döyüş ruhumuzu bərpa etmək, "bayramlar" və qələbəmizi geri qaytarmaq məqsədi daşıyır, - Ohanyan deyib.

O hesab edir ki, hərəkatın dönüş nöqtəsi artıq çatıb. Bircə xalqın hakimiyyətə təzyiqlərini hər gün artırması qalıb. Hakimiyyət məğlubiyyət damğasını daşıdığı üçün kənardan təzyiq altındadır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ohanyan  





Xəbər lenti