Ukraynada kimyəvi faciə: Azot zavodu vuruldu

         Ukraynada kimyəvi faciə:    Azot zavodu vuruldu
  31 May 2022    Oxunub:1668
Ukrayna mediası ölkədə kimyəvi faciələrə səbəb olacaq dəhşətli partlayışın baş verməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Rusiya ordusunun aviazərbələri nəticəsində Severodonetskdəki kimya zavodunun vurulduğunu yazıblar.
Qeyd edilir ki, zavodun ərazisində içərisində azot turşusu olan sisternlər partladılıb. Nəticədə bölgədə kimyəvi faciə təhlükəsi yaranıb.

Luqansk vilayətinin başçısı Sergey Qayday faktı təsdiqləyərək vətəndaşlara çağırış edib ki, onlar təcili şəkildə soda məhlulunda isladılmış üz maskaları hazırlamalıdırlar.

Rusiya da artıq məlum hadisəni təsdiq edib. Yerli saytlar ərazinin ukrayna hərbçilərinin nəzarətində olduğu üçün faciəyə də səbəb kimi Kiyevi göstərib.

Qeyd edək ki, azot turşusu tənəffüs yolu ilə, qəbul edildikdə, dəri və selikli qişalarla təmasda olduqda ciddi təhlükələr yaradır. Turşu buxarları tənəffüs yollarını qıcıqlandırır, o, yüngül zəhərlənmə ilə bronxit, başgicəllənmə əlamətləri, hətta ağır zəhərlənmə və ağciyər ödeminə də səbəb olur.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti