Kiyev növbəti dəfə Belarusdan təhlükə gəlməsi barədə məlumat yaydı

   Kiyev növbəti dəfə Belarusdan təhlükə gəlməsi barədə məlumat yaydı
  02 İyun 2022    Oxunub:1275
Volın və Polesye istiqamətlərində Belarus ordusunun müasir silah və hərbi texnikalarla təchiz edilməsi prosesi davam edir. Bu ölkə ərazisindən raket və hava zərbələrinin endirilməsi təhlükəsi qalmaqdadır
Belarus yeni savaşa hazırlaşır: 20000 “ölüm jetonu” sifariş verildi
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xatırladaq ki, fevralın 24-də başlayan Ukrayna müharibəsi zamanı Kiyev rus qoşunlarının xüsusən də Belarusdan daha çox irəlilədiyini iddia edirdi. Həmçinin Ukrayna rəsmiləri sonrakı dövrlərdə yaşayış məntəqələrinin Belarus ərazisindən dəfələrlə atəşə tutulduğunu bəyan ediblər.

İndi isə məlum olub ki, iyun-iyul aylarında Belarusun Qomel vilayətində “səfərbərlik təlimləri” planlaşdırılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Belarus  



Xəbər lenti