"Türk dostlarımızın səylərini yüksək qiymətləndiririk" - Lavrov

   "Türk dostlarımızın səylərini yüksək qiymətləndiririk" -    Lavrov
  08 İyun 2022    Oxunub:1117
Ukrayna taxılı ilə bağlı vəziyyətin dünyada baş verən ərzaq böhranı ilə heç bir əlaqəsi yoxdur. Lakin Qərb bunu “ümumbəşəri fəlakət”ə çevirir.
"Zelenskinin həftədə 7 cümə günü var" - Lavrov
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra deyib.

- Qərbli həmkarlarımız və ukraynalıların özləri bunu universal fəlakət kimi təsnif etməyə çalışırlar. Baxmayaraq ki, sözügedən Ukrayna taxılının payı buğda və digər dənli bitkilərin qlobal istehsalının 1%-dən azını təşkil edir, - nazir qeyd edib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Moskva Ankaranın Ukrayna taxılının ixracı ilə bağlı səylərini yüksək qiymətləndirir.

- Bununla belə, mövcud durumu blokadadan çıxarmaq, Ukrayna limanlarından taxıl ixrac etmək, girov kimi istifadə olunan bir neçə onlarla xarici gəmilərin limanları tərk etməsi üçün yollar axtaran türk dostlarımızın səylərini çox yüksək qiymətləndiririk, - Rusiya diplomatiyasının rəhbəri qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov   Taxıl   Ukrayna   Türkiyə  



Xəbər lenti