II Qareginin prokuror işləyən qardaşı oğlu həbs edildi

      II Qareginin    prokuror işləyən qardaşı oğlu həbs edildi
  10 İyun 2022    Oxunub:1162
Ermənistanda yüksək rütbəli məmurun cinayət əməli ifşa olunub. Şenqavit inzibati ərazi dairəsi prokurorunun müavini K.N.-yə və onun cinayət əməlində iştirak edən bir sıra şəxslərə qarşı artıq cinayət işi başlanıb.
Erməni generalın oğlu həbs olundu
AzVision.az xəbər verir ki, baş prokurorun müşaviri Qor Abramyanın sosial şəbəkələrdə yaydığı məlumata görə, onlar Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd olunur ki, K.N. 2,5 milyon dram (təxminən 5,2 min dollar-red.) məbləğində rüşvət alıb. Bunun müqavilində o, Armavir vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsinin hakiminin təqsirləndirilən N.D.-yə qarşı yüngülləşdirici hökm çıxarması üçün çalışıb.

Bu işdə ona G.G və N.A adlı şəxsiyyəti hələlilik tam açıqlanmayan şəxslər kömək ediblər. Nəticədə Ermənistan Baş prokurorunun 8 iyun 2022-ci il tarixli qərarı ilə bu fakt üzrə Cinayət Məcəlləsinin 3 maddəsi üzrə cinayət işi başlanıb. İş Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib. Bu, ilk baxışdan adi bir həbs xəbəri olsa da məsələdə siyasi motivlərin olması ehtimalı var. Belə ki, həbs xəbəri yayılan kimi məşhur "Hraparak" nəşri adı çəkilən prokurorluq əməkdaşının kimliyini araşdırıb.

Məlum olub ki, həmin K.N kimi təqdim edilən rüşvətxor prokuror katolikos II Qareginin qardaşı oğlu Koryun Nersisyandır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs   Prokuror  



Xəbər lenti