Odessanı Krımdan vurdular

   Odessanı Krımdan vurdular
  14 İyun 2022    Oxunub:1329
Rusiya hərbçiləri müvəqqəti işğal altında olan Krımdan Odessa bölgəsini raketlərlə vurub. Onlar sahil raket sistemindən istifadə ediblər.
Xarkov atəşə tutulub: 2 uşaq ağır yaralanıb
AzVision.az xəbər verir ki, bu barədə Odessa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, raket zərbələri səhər saatlarında reallaşdırılıb. Vilayətə 2 ədəd "Oniks" raketi atılıb. “Cənub” əməliyyat komandanlığının məlumatına görə isə raketlər Qara dəniz üzərində hava hücumundan müdafiə bölməsinin qüvvələri tərəfindən məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Odessa   Krım  



Xəbər lenti