Xarkov atəşə tutulub: 2 uşaq ağır yaralanıb

Xarkov atəşə tutulub:    2 uşaq ağır yaralanıb
  14 İyun 2022    Oxunub:1501
Xarkov vilayəti güclü şəkildə atəşə tutulub. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Xarkov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, nəticədə din sakinlər yaralanıb. Onlardan ikisi uşaqdır.

Bildirilir ki, partlayışlar nəticəsində güclü yanğınlar baş verib. Ən böyük yanğın isə Çuqev rayonunun Malinovka kəndində olub.

"11 və 17 yaşlı iki uşaq ağır yaralanıb. Onlar qəlpə yaraları diaqnozu ilə rayon xəstəxanasına yerləşdiriliblər. Yanğın isə Dövlət Fövqəladə Hallar Xidmətinin qüvvələri tərəfindən saat yarım ərzində söndürülüb", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti