"Hələ heç nə qərarlaşdırılmayıb"- Paris Makronun Kiyev səfəri haqqında

"Hələ heç nə qərarlaşdırılmayıb"-    Paris Makronun Kiyev səfəri haqqında
  14 İyun 2022    Oxunub:2541
"Fransa prezidenti Emmanuel Makron həmişə Kiyevə vaxtında səfər edəcəyini bildirib, lakin hələlik onun səfəri ilə bağlı heç bir qərar verilməyib". Bunu Fransa Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Oliviya Qrequar deyib.
Bundan əvvəl Yelisey Sarayı Makronun bu həftə Kiyevə səfəri ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edərək, belə bir səfərin tarixinin müəyyən edilmədiyini bildirmişdi. Parisdə, həmçinin əlavə ediblər ki, Fransa liderinin Ukraynaya səfəri prezident Zelenski üçün faydalı olacaq zaman baş tutacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti