Bu il meymunçiçəyindən 72 ölüm qeydə alınıb - ÜST

   Bu il meymunçiçəyindən 72 ölüm qeydə alınıb -    ÜST
  14 İyun 2022    Oxunub:2421
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilin əvvəlindən 39 ölkədə 1,6 mindən çox insanda təsdiqlənmiş meymunçiçəyi xəstəliyinin aşkarlandığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O bildirib ki, daha 1,5 min insanda xəstəliyə şübhəli hal qeydə alınıb.

ÜST rəhbərinin sözlərinə görə, ilin əvvəlindən dünyada meymunçiçəyindən 72 ölüm halı qeydə alınıb. Onların hamısı əvvəllər meymunçiçəyi xəstəliyinin mövcud olduğu ölkələrlə bağlıdır.

AzVision.az




Teqlər:



Xəbər lenti