İspaniya “beyin axınının” qarşısını almaq üçün 3 milyard avro ayırdı

         İspaniya    “beyin axınının”    qarşısını almaq üçün 3 milyard avro ayırdı
  14 İyun 2022    Oxunub:2632
İspaniya hökuməti elm adamları ilə bağlı təqdirəlayiq addım atıb. Hökumət xaricə gedənlərin geri qaytarılması və ölkəni tərk etməyi düşünən perspektivli alimlərin İspaniyada saxlanılması planını həyata keçirmək üçün 3 milyard avro ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Elm və İnnovasiyalar Nazirliyi məlumat yayıb.
Plan istiqamətlərə görə üç vektora bölünən 30-a yaxın tədbiri nəzərdə tutur.

Birincisi, universitetlərdə və ictimai tədqiqat təşkilatlarında elmi karyeranın inkişafı üçün əlavə imkanlar və daha yaxşı şərait yaradılmasına yönəlib.

İkinci vektor maneələri aradan qaldırmaq və beynəlxalq elmi istedadları İspaniyanın dövlət sektoruna cəlb etmək üçün stimul yaratmaq məqsədi daşıyır.

Plana həmçinin beynəlxalq elmi kadrların özəl sektora cəlb edilməsini asanlaşdırmağa yönəlmiş üçüncü vektor da var.

Tural Tağıyev
AzVision.az



Teqlər: İspaniya   Elm  



Xəbər lenti