İsveç son 30 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib

İsveç son 30 ilin ən yüksək inflyasiya göstəriciləri ilə üzləşib
  15 İyun 2022    Oxunub:1530
İsveç son 30 ilin ən yüksək aylıq inflyasiya göstəriciləri ilə üzləşib. AzVision.azxəbər verir ki, bu məlumat İsveçin Statistika qurumunun son hesablarmalamasında əks olunub.
Məlumata əsasən, may ayında inflyasiya 7,2 faiz təşkil edib ki, bu da İsveçdə 1991-ci ilin dekabrından bəri ən yüksək aylıq inflyasiya səviyyəsidir.

Yüksək inflyasiyanın yaranmasına səbəb olan əsas amil ərzaq məhsullarının, xüsusən də ətin, südün, yumurtanın və pendirin bahalaşması olub. Amma elektrik enerjisi və istirahət xərcləri, eləcə də geyim, mebel, ictimai qida, otellərdə gecələmə qiymətlərinin artması da buna səbəbdir.

Qeyd edək ki, digər Avropa ölkələri ilə yanaşı, İsveçdə də son bir ildə ərzaq və xidmətlərin qiymətlərində xeyli artım müşahidə olunub.

AzVision.az



Teqlər: İsveç  



Xəbər lenti