"Şuşa Bəyannaməsinin ildönümündə Azərbaycandayıq”- Yavuz Selim Kıran

   "Şuşa Bəyannaməsinin ildönümündə Azərbaycandayıq”-   Yavuz Selim Kıran
  15 İyun 2022    Oxunub:1280
Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Tvitterdə hesabında Azərbaycanla bağlı paylaşım edib. AzVision.az xəbər verir ki, o, “Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümündə gələcəyə doğru möhkəm addımlarla irəlilədiyimiz ümumi məqsədlərimizi və həmrəyliyimizi bölüşmək üçün Qarabağda, Can Azərbaycandayıq”.

Qeyd edək ki, bu gün "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ildönümüdür. Bəyannamə 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

AzVision.az



Teqlər: Türkiyə   Şuşa-Bəyannaməsi  



Xəbər lenti