Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alındı

   Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alındı
  15 İyun 2022    Oxunub:1882
Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə qonşu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi rəsmi açıqlama yayıb.

Bildirilib ki, virus aşkarlanan şəxs xəstəliyi yüngün formada keçirib. Onun bu yaxınlarda Avropaya səfər etdiyi məlum olub. Həmin şəxsin təmasda olduğu insanlar da nəzarətə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti