Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketi hazırlanır

Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketi hazırlanır
  15 İyun 2022    Oxunub:1256
Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək.
Bu barədə “Reuters” məlumat yayıb.

Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.

Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti