Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək
  15 İyun 2022    Oxunub:1696
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyəyə səfər edəcək.
AzVision.az "Euronews"a istinadən xəbər verir ki, səfər zamanı nazir Suriya, İsveç və Finlandiyanın NATO-ya müraciətləri, həmçinin Ukraynadan taxıl ixracı məsələlərini müzakirə etməyi planlaşdırır.

Nazirin sözlərinə görə, Böyük Britaniya Türkiyəni Odessa limanı vasitəsilə dəniz yolu ilə taxıl ixracı ilə bağlı istənilən razılaşmanın mümkün zamini hesab edir.

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Uolles Türkiyənin narahatlığını dinləmənin "vacib" olduğunu bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti